3096
Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısı”na daxildir.
İnformasiya Texnologiyaları Problemləri jurnalı İnformasiya Texnologiyaları İnstitutunun “İnformasiya Texnologiyaları Nəşriyyatı” tərəfindən dərc edilən açıq girişli, resenziya olunan jurnaldır.
Jurnal Açıq Giriş (Open Access) siyasətini izləyir. Bütün məqalələr çap olunandan sonra daimi və pulsuz olaraq saytda yerləşdirilir.
İstifadəçilərə məqalələrə istinad etdikləri təqdirdə nəşriyyatçı və ya müəllifin icazəsi olmadan məqalələrin tam mətnini oxumağa, yükləməyə, surətini çıxarmağa, yaymağa, axtarış etməyə və link verməyə icazə verilir.
Jurnalın əhatə etdiyi əsas istiqamətlər:
- İnformasiya təhlükəsizliyi
- Verilənlərin intellektual analizi
- Böyük verilənlərin analitikası
- İntellektual informasiya sistemləri
- Əşyaların İnterneti
- Bulud hesablamaları
- Süni intellekt
- Proqram mühəndisliyi
- Kiber-fiziki sistemlər
- Elektron dövlət
- Qərar qəbuletmə texnologiyaları
- Optimallaşdırma və modelləşdirmə