AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
Giriş
QEYDİYYAT
E-DÖVLƏTİN İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ TƏHDİDLƏRİNİN KONSENSUS RANQLAŞDIRILMASI METODU (azərb.)
İmamverdiyev Yadigar N.

E-dövlətin informasiya təhlükəsizliyi təhdidləri informasiya sahəsində milli maraqlara qarşı yönəlir. İnformasiya sahəsində milli maraqlara çoxsaylı təhdidlər mövcuddur və kiber-müdafiəyə ayrılan resursların məhdudluğu şəraitində təhdidlərə qarşı effektiv əks-tədbirlər görmək üçün bu təhdidlərin çoxkriteriyalı ranqlaşdırılması zəruridir. Təklif edilən modeldə təhdidlər milli maraqlara yaratdıqları təhlükə səviyyələrini xarakterizə edən ekspert qiymətləndirmələri əsasında ranqlaşdırılır. Təhdidlərin konsensus ranqlaşdırılması üçün optimallaşdırma modeli təklif edilir (səh.34-45).  

Açar sözlər: e-dövlət, informasiya təhlükəsizliyi, informasiya təhlükəsizliyi təhdidləri, təhdidlərin qiymətləndirilməsi, təhdidlərin ranqlaşdırılması, konsensus ranqlaşdırma.