№2, 2021
QEYRİ-SƏLİS MƏNTİQ ƏSASINDA ELEKTRİK ENERJİSİ İSTEHSALININ PROQNOZLAŞDIRILMASI
Elektrik enerjisi istehsalının proqnozlaşdırılması probleminin həlli üçün invariant qeyri-səlis zaman sıraları modeli və qeyri-səlis implikasiyalar istifadə olunmaqla təklif olunan metodda alınan proqnoz dəqiqliyi müasir dövrün tələblərinə cavab vermir. Eyni zamanda proqnoz nəticələrinin alınması və qeyri-səlis münasibətlər matrisinin formalaşdırılması üçün istifadə olunan qeyri-səlis implikasiyalar ilə bağlı aparılan əməliyyatlarda da mürəkkəb hesablamalardan istifadə olunur. Məqalədə qeyri-səlis zaman sıraları əsasında universal çoxluğun müxtəlif sayda bərabər uzunluqlu intervallara bölünməsi ilə elektrik enerjisi istehsalının proqnozlaşdırılması probleminin həlli üçün sadə hesabi əməliyyatlar istifadə olunmaqla daha dəqiq proqnoz nəticələri almağa imkan verən yeni üsul təklif olunur. Təklif olunan üsulda proqnoz nəticələrinin hesablanmasını asanlaşdıran ortalaşdırılmış fərqlər metodundan istifadə olunur. Xronoloji verilənlərin bərabər uzunluğa malik müxtəlif saylı intervallara düşməsi ilə təyin olunan bu üsul həm universal çoxluğun bölgüsünün, həm də bununla bağlı linqvistik termlərin optimal sayının tapılmasının əsaslandırılması məqsədilə də istifadə oluna bilər. Təklif edilmiş üsul istifadə olunmaqla elektrik enerjisi istehsalının proqnoz nəticələri hesablanaraq, bu üsulun tətbiqinin səmərəliliyi əsaslandırılmışdır (səh.30-40).
- Song Q., Chissom B.S. Fuzzy time series and its models // Fuzzy Sets and Systems, 1993, vol.54, issue 3, pp.269–277.
- Song Q., Chissom B.S. Forecasting enrollments with fuzzy тime series part I // Fuzzy Sets and Systems,1993, vol. 54, pp.1–9.
- Song Q., Chissom B.S. Forecasting enrollments with fuzzy time series part II // Fuzzy Sets and Systems, 1994, vol.62, issue 1, pp.1–8.
- Chen S.M. Forecasting enrollments based on fuzzy time series // Fuzzy Sets and Systems, 1996, vol.81, issue 3, pp.311–319.
- Hwang J.R., Chen S.M., Lee C.H. Handling Forecasting Problems using Fuzzy Time Series // Fuzzy Sets and Systems, 1998, vol.100, issue 1–3, pp.217–228.
- Huarng K. Heuristic models of fuzzy time series for forecasting // Fuzzy Sets and Systems, 2001, vol.123, issue 3, pp.369–386.
- Chen S.M. Forecasting enrollments based on high-order fuzzy time series // Cybernetics and Systems, An International Journal, 2002, vol.33, issue 1, pp.1–16.
- Ahmedov M.Z. Novyj variant resheniya problemy prognozirovaniya s pomoshch'yu nechetkih vremennyh ryadov // Izvestiya NAN Azerbajdzhana, Informatika i Problemy Upravleniya, 2001, tom 21, №3, s.96–104.
- Mamedova M. G., Dzhabrailova Z.G. Primenenie nechetkoj logiki v demograficheskom prognoze // Informacionnye Tekhnologii, 2004, no.3, s.75–83.
- Ahmadov M.Z. Elektrik enerzhisi istehsalının geyri-salis zaman sıralarının tatbigi ila prognozlashdırılması // Informasiya Tekhnologiyaları Problemlari, 2013, №2, s.53–63.