DƏQİQLİK MEYARINA GÖRƏ AKUSTİK KÜY MONİTORİNQİ METODİKASININ SEÇİLMƏSİ HAQQINDA - İnformasiya Texnologiyaları Problemləri

DƏQİQLİK MEYARINA GÖRƏ AKUSTİK KÜY MONİTORİNQİ METODİKASININ SEÇİLMƏSİ HAQQINDA - İnformasiya Texnologiyaları Problemləri

DƏQİQLİK MEYARINA GÖRƏ AKUSTİK KÜY MONİTORİNQİ METODİKASININ SEÇİLMƏSİ HAQQINDA - İnformasiya Texnologiyaları Problemləri

DƏQİQLİK MEYARINA GÖRƏ AKUSTİK KÜY MONİTORİNQİ METODİKASININ SEÇİLMƏSİ HAQQINDA - İnformasiya Texnologiyaları Problemləri

DƏQİQLİK MEYARINA GÖRƏ AKUSTİK KÜY MONİTORİNQİ METODİKASININ SEÇİLMƏSİ HAQQINDA - İnformasiya Texnologiyaları Problemləri
DƏQİQLİK MEYARINA GÖRƏ AKUSTİK KÜY MONİTORİNQİ METODİKASININ SEÇİLMƏSİ HAQQINDA - İnformasiya Texnologiyaları Problemləri
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

№2, 2020

DƏQİQLİK MEYARINA GÖRƏ AKUSTİK KÜY MONİTORİNQİ METODİKASININ SEÇİLMƏSİ HAQQINDA

Ağayev Bikəs S.

Məqalə ətraf mühitin akustik küy çirklənməsi problemlərinin araşdırılmasına həsr edilmişdir. Bu problemlərin həllinin aktuallığı və qlobal əhəmiyyəti əsaslandırılır. Akustik küy monitorinqinin ekoloji monitorinq iyerarxiyasında yeri göstərilir. Küyün fiziki mahiyyəti, insan sağlamlığı üçün yaratdığı potensial təhlükələr, küy parametrlərinin normalaşdırılması problemlərinin qısa şərhi verilir. Küy monitorinqi prosesinin məqsəd və təyinatı, o cümlədən ərazi-planlaşdırma layihə sənədləri toplusunun “Küydən mühafizə” bölməsinin formalaşdırılmasında monitorinq nəticələrinin rolu, küy göstəricilərinin ölçülməsi və hesablanması, monitorinq nəticələri əsasında ərazinin küy xəritələrinin tərtib edilməsi metodikası araşdırılmışdır. Küy monitorinqinin aparılmasına aid beynəlxalq və MDB ölkələrində istifadə edilən standartların müqayisəsi aparılmış, hansı standartın tələblərinin küy göstəricilərini daha dəqiq hesablamağa imkan verməsi müəyyənləşdirilmişdir. Seçilmiş standart əsasında küy monitorinqinin aparılması üçün alqoritm təklif edilmişdir. Məqalənin hazırlanmasında sistemli yanaşmanın ümumelmi metod və metodologiyalarından, o cümlədən elmi analiz və sintez, müqayisə, nəticələrin ümumiləşdirilməsindən istifadə edilmişdir. Tədqiqatın nəticələrindən ərazilərin diskomfort küy zonalarının aşkarlanması məqsədilə akustik küy monitorinqinin aparılmasında, monitorinq nəticələrinə əsasən ərazinin küy xəritələrinin tərtib edilməsində, küy çirklənməsi səviyyəsinin azaldılması üçün müvafiq mühafizə tədbirlərinin həyata keçirilməsi işində istifadə edilə bilər (səh.61-71).

Açar sözlər: ekoloji problemlər, ekoloji çirklənmə, küy çirklənməsi, küyün ziyanlı təsiri, küy monitorinqi, küy xəritələri, küydən mühafizə.
DOI : 10.25045/jpit.v11.i2.06
Ədəbiyyat
  • World Health Organization, Regional Office for Europe. “Night noise guidelines for Europe”, 2017.
    http://www.euro.who.int/__data/assets/pdf_file/0017/43316/E92845.pdf?ua=1,accessed: Jun. 2017.
  • International Labour Office, “Protection of workers against noise and vibration”, ILO Code of Practice, 2017. 
    http://www.ilo.org/wcmsp5/groups/public/---ed_protect/---protrav/--safework/documents/ normativeinstrument/wcms_107878.pdf, accessed: Jun. 2017.
  • NIOSH (National Institute for Occupational Safety and Health),USA. Occupational Noise Exposure – Criteria for a Recommended Standard, 2014.
    https://www.cdc.gov/niosh/docs/98-126/pdfs/98-6.pdf?id=10.26616/NIOSHPUB98126
  • Jonsson A. Noise as a possible risk factor for raised blood pressure in man // Journal of Sound and Vibration, 1978, vol.59, pp 109–121.
    https://www.sciencedirect.com/science/article/pii/0022460X7890487X
  • Концепция снижения уровней шума и вибрации в городе Москве: Приложение 1 Постановление правительства Москвы от 16 октября 2007 г. №896-ПП. http://www.gosthelp.ru/text/Postanovlenie896PPOKoncep.html
  • ГОСТ Р 53187-2008. Акустика. Шумовой мониторинг городских территорий, 2008.
  • Directive 2002/49/EP/EC. Of the European parliament and of the council of 25 june 2002.“Relating to the assessment and management of environmental noise”.
    https://eur-lex.europa.eu/.../LexUriServ.do?uri=OJ:L:2002.
  • СНиП 23-03-2003. Зашита от шума, 2003.
  • Кошурников Д.Н., Максимова Е.В. Обзор зарубежной и отечественной практики шумового картирования (Noise Mapping) в условиях плотной городской застройки Вестник Пермского национального исследовательского политехнического университета, 2018, №3, c.27–43. 
    http://vestnik.pstu.ru/urbanistic/archives/?id=&folder_id=7797
  • New York City, Noise map 02/01/2014.
    http://nycopendata.socrata.com/Social-Services/2012-NYC-Noise-Complaints-HeatMap/sw33-t3vk
  • СН 2.2.4/2.1.8.583-96 Инфразвук на рабочих местах, в жилых и общественных помещениях и на территории жилой застройки
  • ISO 1996-2:2007. Acoustics – Description, measurement and assessment of environmental noise. Part 2: Determination of environmental noise levels (MOD).
  • СН2.2.4/2.1.8.562-96. Шум на рабочих местах, в помещениях жилых, общественных зданий и на территории жилой застройки, 1996.
  • ГОСТ 31296.1-2005. Шум. Описание, измерение и оценка шума на местности. Часть 1. Основные величины и процедуры оценки, 2005.
  • ГОСТ 12090-80. Частоты для акустических измерений, 1980.
  • ГОСТ 17187-2010. Шумомеры. Часть 1. Технические требования, 2010.