AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
DAĞLIQ ƏRAZİLƏRDƏ FƏALİYYƏT GÖSTƏRƏN SU TƏCHİZATI SİSTEMLƏRİNİN OPTİMAL İŞ REJİMLƏRİNİN HESABLANMASI (azərb.)
İsgəndərov Ələsgər Ə., Abbasova Gülnarə Y.

Məqalədə aşağı səviyyədə yerləşmiş su mənbəyindən qidalanan, yamac hissəsində ardıcıl yerləşmiş nasos stansiyaları, su anbarları, yuxarı düzənlik hissəsində isə bənd qurğuları-kanal hissələri ilə bölünmüş açıq suvarma kanalından ibarət, dağlıq massivdə yerləşmiş su təchizatı sisteminin optimal idarə olunması məsələsinə baxılmışdır. Məsələ 3 nasos stansiyası-su anbarı, 2 bənd qurğusu-kanal hissəsi və hər anbardan və kanal hissəsindən bir tələbat məntəqəsi – su götürən obyekt üçün həll olunmuşdur. Məsələnin həlli Matlab sistemində yerinə yetirilmişdir və alınmış nəticələr təhlil olunmuşdur. (səh. 54-61)

Açar sözlər: nasos stansiyası, su təchizatı, tələbat məntəqəsi, su anbarı, kanal hissəsi, bənd qurğusu
Ədəbiyyat
  • Алиев З.Г. Применение систем микродождевания и капельное орошение в условиях горного земледелия в мировой практике // Доклады АН Белорусии (НИИ Бел. М и ВХ, 20–22 марта 2007 года): матер. междунар. конфер., Минск, 2007, стр.15–19.
  • İsgəndərov Ə.Ə., Abbasova G.Y. Yüksək ərazilərdə fəaliyyət göstərən su təchizatı sistemlərində su paylanmasının idarə olunması məsələsi // Azərbaycan Texniki Universitetinin elmi əsərləri, 2013, cild 1, №1, s.30–36.
  • Mays L. Water distribution systems handbook, NewYork, USA, McGraw-Hill, 2000.
  • İsgəndərov Ə.Ə. Matlab riyazi paketində riyazi hesablamaların yerinə yetirilməsi üsulları. Sumqayıt Dövlət Universitetinin nəşriyyatı, 2010, 143 s.
  • Mathworks Matlab R2011b (7.13) Windows ×32/×64.