AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
az en ru
MOBİL HESABLAMA BULUDLARINDA TƏHLÜKƏSİZLİK VƏ KONFİDENSİALLIQ MƏSƏLƏLƏRİ (azərb.)
Ələkbərov Oqtay R.

Məqalədə mobil hesablama buludlarında istifadə edilən bulud platformalarda təhlükəsizlik və məxfilik problemləri tədqiq edilmişdir. Mobil hesablama buludlarında istifadəçilərin məlumatlarının kənar şəxslərdən zəmanətli qorunması və şəbəkə təhlükəsizliyi istiqamətində meydana çıxan təhdidlər analiz olunmuşdur. Eyni zamanda məqalədə mobil hesablama buludlarında informasiya təhlükəsizliyi, konfidensiallıq, məlumatların yerləşdirilməsi və yerdəyişməsi, məlumatların tamlığı, kiber hücumlar və s. məsələlər də geniş təhlil olunmuşdur. Mobil hesablama buludlarının informasiya təhlükəsizliyi və konfidensiallığı məsələlərinin elmi-nəzəri problemləri araşdırılmış və bu istiqamətdə elmi- tədqiqat işlərinin vəziyyəti analiz edilmişdir (səh.92-102).

Açar sözlər: mobil hesablama buludları, mobil avadanlıqlar, informasiya təhlükəsizliyi, kiber hücumlar, hesablama və yaddaş resursları, hesablama buludları, virtual maşın, bulud xidmətləri.