AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
az en ru
PREDMET SAHƏSİNİN TERMİNLƏRİNİN SEMANTİK ŞƏBƏKƏSİNİN AVTOMATİK QURULMASI TEXNOLOGİYALARI (azərb.)
Qurbanova Əfruz M.

Məqalədə predmet sahəsinin terminlərinin semantik şəbəkəsinin avtomatik qurulması texnologiyaları təhlil edilmişdir. Mətnlərin avtomatik emalı məsələlərində semantik şəbəkələrdən istifadənin üstünlükləri göstərilmişdir. Terminlərin semantik şəbəkəsinin qurulması üçün ilkin informasiya qismində predmet sahəsinin terminoloji lüğətindən istifadə təklif olunur. Predmet sahəsinin terminləri arasında semantik əlaqələr gücünün hesablanması metodu təhlil edilmiş və onun əsasında proqram təminatı işlənilmişdir. Göstərilmişdir ki, terminlərin semantik şəbəkəsinin qurulmasının avtomatlaşdırılması korporativ biliklər bazasının yaradılması zamanı istifadə oluna bilər (səh.84-91)

Açar sözlər: terminoloji sistem, terminoloji lüğət, semantik münasibətlər, semantik şəbəkə, ontologiya.