AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
az en ru
BOTNETLƏRLƏ MÜBARİZƏDƏ YANAŞMALARIN ANALİZİ (azərb.)
İmamverdiyev Yadigar N., Qarayeva Gülnarə B.

Botnetlər zərərli proqramlarla yoluxdurulmuş və uzaqdan idarə edilən kompüterlərin şəbəkəsidir. Son dövrlər botnetlərin miqyasının sürətlə artması, onların istifadə olunduqları kibercinayətkarlıq məqsədləri və səbəb olduqları maddi və qeyri-maddi zərərlər onlarla kompleks mübarizənin vacibliyini göstərir. Məqalədə botnetlərlə mübarizənin istiqamətləri və iştirakçı tərəfləri araşdırılmış, beynəlxalq, milli, ictimai və fərdi səviyyələrdə botnetlərlə mübarizəyə yanaşmalar analiz olunmuşdur (səh.36-45).

Açar sözlər: botnet, kibertəhlükəsizlik, kiberfəza, İnternet xidməti provayderləri, botnetlərlə mübarizə təşəbbüsləri.