AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
az en ru
ŞƏBƏKƏ TRAFİKİNİN MODELLƏRİ HAQQINDA (azərb.)
Şıxəliyev Ramiz H.

Trafikin modelləşdirilməsi şəbəkənin fəaliyyətini, imkanlarını və ona olan tələbləri qiymətləndirməyə imkan verir. Ədəbiyyatda şəbəkə trafikinin modelləşdirilməsi üçün müxtəlif yanaşmalar təklif edilmişdir. Lakin bütün mövcud şəbəkə növlərinin trafiklərini modelləşdirməyə imkan verən vahid model yoxdur. Buna görə də mövcud şəbəkə trafiki modellərinin xüsusiyyətlərinin analizi, müəyyən şəbəkə arxitekturaları üçün uyğun modellərin seçilməsi və trafikin düzgün modelləşdirilməsi çox vacib məsələdir. Bu məqsədlə məqalədə şəbəkə trafikinin modelləşdirilməsi üçün geniş istifadə edilən bəzi modellərin analizi verilmişdir (səh.98-104).   

Açar sözlər: şəbəkə trafiki modelləri, Puasson modeli, Pareto modeli, Veybul modeli, Markov modelləri, ON-OFF modeli, Markov modulyasiya olunmuş Puasson prosesi, Avtoreqressiya modeli.