AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
az en ru
BÖYÜK HƏCMLİ TİBBİ VERİLƏNLƏRİN ANALİTİKASI: MÖVCUD PROBLEMLƏR VƏ İMKANLAR (azərb.)
Qasımova Rəna T.

Səhiyyə sahəsində böyük verilənlər (BV) inkişaf edən perspektiv sahə olub, böyük həcmli verilənlər yığımının analizi və xərclərin azaldılması ilə nəticələrin yaxşılaşdırılmasını təmin etmək üçün istifadə edilir. Verilənlərin həcminin artması və real zaman rejimində onların analizinə olan tələbat BV-nin analitikasının yaranmasına gətirib çıxarır. Məqalədə səhiyyə sahəsində yaranan BV-nin analitikasının mövcud problemləri araşdırılır, BV-nin əsas xüsusiyyətləri tədqiq olunur. BV-nin müxtəlif üstünlükləri, imkanları və xarakteristikaları müəyyənləşdirilir və bir sıra tövsiyələr verilir (səh.69-80).

Açar sözlər: verilənlər xəzinəsi, böyük verilənlər, böyük verilənlərin analitikası, biometrik verilənlər, genetika, isbatedici tibb, genom analitikası, MapReduce, Hadoop.