AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
az en ru
E-UNİVERSİTET: KONSEPTUAL, TEXNOLOJİ VƏ ARXİTEKTUR YANAŞMALAR (azərb.)
Məmmədova Məsumə H., Qasımov Hüseyn Ə.

Məqalədə müasir təhsil paradiqması olan “ömür boyu təhsil” kontekstində dünyada baş verən qlobal proseslər müzakirə olunur. Elektron universitetlərin (e-universitetlərin) layihələndirilməsinə dair konseptual yanaşmalar tədqiq edilir, informasiya-kommunikasiya texnologiyalarının (İKT-nin) təkamülü prizmasından distant təhsil texnologiyalarının xüsusiyyətlərinin müqayisəli təhlili və elektron təhsil (e-təhsil) modelləri diqqətə çatdırılır. Müxtəlif dövlətlərin təhsil mühitləri üçün nəzərdə tutulmuş distant təhsil sistemlərinin arxitektur həlləri təqdim olunaraq müqayisə edilir. Azərbaycanda e-təhsilin vəziyyəti nəzərdən keçirilir, respublikanın təhsil mühitinə uyğun e-universitetin struktur sxemi təklif olunur (səh.56-68). 

Açar sözlər: ömür boyu təhsil, distant təhsil, konseptual yanaşma, e-universitet modelləri, texnoloji xarakteristikalar, arxitektur həllər.