AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
az en ru
NEFT-QAZ SƏNAYESİ ÜÇÜN BİG DATA STRATEGİYASI: ÜMUMİ İSTİQAMƏTLƏR (azərb.)
Alıquliyev Ramiz M., İmamverdiyev Yadigar N.

Big Data texnologiyaları neft-qaz sənayesinin rəqabətə dayanıqlı inkişafı üçün vacib əhəmiyyət daşıyan yanaşmalar və alətlər təqdim edir. Dünya bazarında neftin qiymətinin kəskin düşməsi şəraitində işləyən neft-qaz şirkətləri Big Data texnologiyalarına maraq göstərirlər. Bu istiqamətdə effektiv fəaliyyət üçün vacib şərtlərdən biri ümumi korporativ strategiya ilə üzvi surətdə əlaqələndirilmiş müvafiq strategiyanın işlənməsidir. Bu məqsədlə təqdim olunan işdə neft-qaz sənayesi üçün Big Data strategiyasının işlənməsi məsələsinə baxılır. Big Data texnologiyalarının potensial imkanları və neft-qaz sənayesində Big Data mənbələri, neft-qaz sənayesində Big Data-nın tətbiqi təcrübəsi və verilənlərin idarə edilməsində mövcud problemlər analiz edilir, Big Data strategiyasının formalaşdırılması və reallaşdırılması üzrə ümumi prinsiplər və istiqamətlər müəyyən edilir (səh.34-47).

Açar sözlər: neft-qaz sənayesi, Big Data, Hadoop, Big Data strategiyası, Big Data Analytics.