AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
az en ru
KOMPÜTER ŞƏBƏKƏLƏRİNİN İNTELLEKTUAL MONİTORİNQİ SİSTEMİNİN KONSEPTUAL MODELİ HAQQINDA (rus.)
Şıxəliyev Ramiz H.

Kompüter şəbəkələrinin (KŞ) effektiv idarə edilməsi onların vəziyyəti və fəaliyyəti haqqında verilənlər olmadan mümkün deyil və bu verilənlər şəbəkə mnitorinqi vasitəsi ilə təmin edilir. KŞ-nin doğru və effektiv monitorinq edilməsi üçün sistem yanaşmasının istifadəsi lazımdır. Məqalədə KŞ-nin intellektual monitorinqi sisteminin konseptual modeli təklif edilmişdir və məqsədi monitorinq verilənlərinin toplanması, saxlanması və analizi, həmçinin şəbəkə idarəetməsi üçün qərarların qəbul edilməsi üçün effektiv infrastrukturun yaradılmasıdır (səh.28-33).

Açar sözlər: kompüter şəbəkələri, şəbəkə monitorinqi, monitorinq verilənləri, intellektual monitorinq sisteminin strukturu.