AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
az en ru
BULUD TEXNOLOGİYALARINDA YÜK BALANSLAŞDIRILMASI ÜÇÜN ÇOXKRİTERİYALI OPTİMALLAŞDIRMA ÜSULU (azərb.)
Əliquliyev Rasim M., İmamverdiyev Yadigar N, Abdullayeva Fərqanə C.

Bulud texnologiyaları mühitində tapşırıqların planlaşdırılması prosesinin optimallaşdırılması çoxkriteriyalı NP-çətin (ing. NP-hard, nondeterministic polynomial) problemdir. Məqalədə bulud mühitində yükün balanslaşdırılması üçün “sürü” intellektinə əsaslanan optimallaşdırma  alqoritminə (ing. Particle Swarm Optimization, PSO) əsaslanan çəkili(ing. Task Based Load Balancing) üsulu təklif edilmişdir. Üsul bulud texnologiyaları mühitində virtual maşınlarda izafi yükləmə yaradan tapşırıqların yüklənmiş virtual maşınlardan münasib virtual maşınlara optimal miqrasiyasını təmin edir. Təklif edilmiş optimallaşdırma üsulunda tapşırıqların emal vaxtı və ötürülmə vaxtının minimallaşdırılması məqsəd funksiyaları kimi seçilmişdir. Təklif edilmiş yanaşmanın eksperimental yoxlanması Cloudsim və Jswarm proqramlarında aparılmışdır. Simulyasiya nəticəsində təklif edilmiş üsul əsasında tapşırıqların planlaşdırılması üçün optimal həll tapılmış, tapşırıqların Virtual Maşınlara (VM-lərə) bərabər paylanması təmin edilmiş və onların VM-lərə təyin edilməsi prosesinə olduqca az vaxtın sərf edilməsi əldə olunmuşdur (səh.3-15).

Açar sözlər: Bulud texnologiyaları, “sürü” intellektinə əsaslanan optimallaşdırma alqoritmi, virtual maşın miqrasiyası, tapşırıqların planlaşdırılması, Cloudsim, Jswarm, verilənlər intensivliyi, hesablama intensivliyi.