AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
az en ru
NEFT-QAZ SƏNAYESİ ÜÇÜN KONSEPTUAL BIG DATA ARXİTEKTURASI (azərb.)
Alıquliyev Ramiz M., İmamverdiyev Yadigar N.

Big Data texnologiyaları neft-qaz sənayesi sistemlərinin qurulması üçün vacib əhəmiyyət daşıyan yanaşmalar və alətlər təqdim edir. Bu işdə neft-qaz sənayesi sistemlərinə real zaman rejimində daxil olan böyük həcmli və müxtəlif formatlı verilənlərin paylanmış klaster sistemlərində saxlanması və onların dərin analitika və maşın təlimi metodları ilə analizi üçün nəzərdə tutulmuş hibrid Big Data platforması üçün konseptual arxitektura təklif edilir. Rəqabət qabiliyyətli Big Data həllinin yaradılması üçün Hadoop ekosistemindən zəruri alətlərin seçilməsi məsələsinə baxılır (səh. 3-14).

Açar sözlər: neft-qaz sənayesi, Big Data, Hadoop, Apache Spark, Big Data Analitika, MapReduce, Big Data arxitekturası.