AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
az en ru
AODV, DSR VƏ WRP MARŞRUTLAMA PROTOKOLLARININ AD-HOC ŞƏBƏKƏLƏRİNDƏ SƏMƏRƏLİLİK GÖSTƏRİCİLƏRİNİN MÜQAYİSƏLİ ANALİZİ (azərb.)
Əliyev Ələkbər Ə., Abbasov Babək Q., Məmmədov Əhəd Ə.

Hər bir marşrutlama protokolu müxtəlif vəziyyətlərdə fərqli nəticələr göstərməkdədir. Bu məqsədlə bugünə qədər mövcud olan və yeni təklif olunmuş marşrutlama protokollarının çeşidli mühitlərdə çox sayda təhlili aparılmışdır. Günümüzdə mobil cihazların və hərəkətdə olan paylayıcıların sayının gündən-günə artması mövcud protokolların səmərəliliyinin azalmasına gətirib çıxarmışdır. Bu məqalədə qovşaq sıxlığı və qovşaq hərəkətliliyi parametrləri əsasında üç marşrutlama protokolunun təhlili aparılmış və qiymətləndirilmişdir.Təhlil nəticəsində müqayisə aparılmış marşrutlama protokolları arasında DSR (ing. Dynamic Source Routing) protokolu müəyyən hallarda və qiymətlərdə yaxşı nəticə göstərsə də, ümumi nəticəyə baxdıqda, ən yaxşı nəticə göstərən marşrutlama protokolunun AODV (ing. Ad-hoc On-Demand Distance Vector) olduğu müşahidə edilmişdir. (səh. 30-39)

Açar sözlər: Ad-hoc şəbəkəsi, AODV protokolu, DSR protokolu, WRP protokolu, qovşaq sıxlığı parametrləri.