AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
az en ru
Jurnalda dərc olunan məqalələrin tərtibatına dair tələblər
Dərc olunacaq məqalə redaksiyaya həm kağız, həm də elektron formada təqdim olunmalıdır.

Məqalə hazırlanarkən aşağıdakı tələblər nəzərə alınmalıdır:

1. Məqalə Azərbaycan, rus və ingilis dillərindən birində hazırlanmalı, məqalənin adı, xülasə və açar sözlər hər üç dildə təqdim olunmalıdır.
2. Məqalə Microsoft Word mətn redaktorunda A4 formatında (soldan – 2 sm., yuxarıdan, aşağıdan və sağdan – 2,5 sm.), Times New Roman şrifti ilə 12 pt. ölçüdə, vahid sətirarası intervalla və mətn daxili yazıda 1 sm. abzas buraxmaqla hazırlanmalı və 12 səhifədən artıq olmamalıdır.

3. Məqalənin mətninin aşağıdakı bölmələrdən ibarət olması tövsiyə olunur:

• Giriş (məsələnin aktuallığı, problemin hazırkı vəziyyəti)
• Tədqiqatın məqsədi, məsələnin qoyuluşu
• Məsələnin həll üsulları və aprobasiyası
• Alınan nəticələrin tətbiqi
• Nəticə

4. Məqalə aşağıdakı ardıcıllıqla hazırlanmalıdır: UOT – soldan, qalın şriftlə, sonda 6 pt. interval; müəlliflərin soyadı və inisialları – soldan, kursiv və qalın şriftlə; müəlliflərin iş yeri, şəhər, ölkə və e-poçt ünvanı – soldan, sonda 6 pt. interval; məqalənin adı – ortadan, böyük hərflərlə, qalın şriftlə, sonda 6 pt. interval; xülasə (mətn təqdim olunan dildə) – kursivlə, sonda 6 pt. interval; açar sözlər – kursivlə, sonda 6 pt. interval; giriş və digər alt başlıqlar – soldan, qalın şriftlə, əvvəlində və sonunda 6 pt. intervalla.

5. Ədəbiyyat siyahısı: hər bir istinad olunan mənbənin adı tərcümə olunmadan, məqalədə istifadə olunma ardıcıllığına uyğun olaraq nömrələnir. Mənbənin biblioqrafik təsviri Ali Attestasiya Komissiyasının dissertasiya işlərində mənbənin biblioqrafik təsvirinə irəli sürdüyü tələblərə uyğun olaraq göstərilməlidir.

6. Ədəbiyyat siyahısından sonra məqalənin hazırlandığı dildən fərqli digər 2 dildə müəllifin soyadı, adı, atasının adı, məqalənin adı, xülasə və açar sözlər təqdim olunur.

7. Məqalədə cədvəl və şəkillər nömrələnir: cədvəl – cədvəlin yuxarısında, sağdan (məs., cədvəl 1.), şəkil – şəklin altında, ortadan (məs., şəkil 1.) və mətn hissədən (yuxarıdan və aşağıdan) 1 boş sətir buraxmaqla göstərilməlidir.

8. Düsturlar Microsoft Equation-də standart parametr ilə yığılır. Mətndə ancaq istifadə olunan düsturlar nömrələnir. Düsturun nömrəsi sağda mötərizədə yazılır.

9. Redaksiyaya məqalə göndərildikdə müəlliflər haqqında məlumat: soyadı, adı, atasının adı, elmi dərəcəsi, elmi rütbəsi, iş yeri, vəzifəsi, telefon nömrəsi, e-mail ünvanı da təqdim olunmalıdır.

10. Məqalədə göstərilən məlumat və faktlara görə müəllif məsuliyyət daşıyır.

11. Redaksiyaya daxil olan məqalələr rəyə təqdim olunur və müsbət rəy almış məqalələr çapa tövsiyə olunur.

12. Redaksiyanın ünvanı: Az1141, Bakı şəh., B. Vahabzadə küç., 9, AMEA İnformasiya Texnologiyaları İnstitutu, “İnformasiya texnologiyaları problemləri” jurnalının redaksiyası. E-poçt ünvanı:itp@iit.ab.az