AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
Giriş
QEYDİYYAT
AZƏRBAYCAN DİLİNDƏ ÇAP ƏLYAZMA SİMVOLLARININ TANINMASINA YENİ ƏLAMƏTLƏR SİNFİ VƏ DAYAQ VEKTORLAR ÜSULUNUN TƏTBİQİ (azərb.)
İsmayılov Elviz Ə.

Əlifbamızda bütün dünyada geniş yayılmış latın hərflərindən daha çox istifadə olunsa da xüsusi simvollar və dilimizin morfoloji tərkibi digər dillər üçün mövcud tanıma sistemlərinin tətbiqini qeyri-mümkün edir. Başqa sözlə, Azərbaycan dilində çap əlyazma simvollarının tanınması fərdi yanaşma tələb edir. Məqalədə Azərbaycan dilində çap əlyazma simvollarının tanınmasında “soft” əlamətlər (insanın daha asan anlaya biləcəyi, əlifbanı öyrənərkən istifadə etdiyimiz xarakteristikalar əsasında tərtib olunmuş) sinfi istifadə olunmuş, simvolların klasifikasiyası üçün dayaq vektorlar üsulunun bootstrap resampling üsulundan istifadə olunmuşdur (səh.101-107).

Açar sözlər: “soft” əlamətlər, Dayaq Vektorlar Üsulu, çap-əlyazma simvolları, tanıma sistemi.