AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
Giriş
QEYDİYYAT
İNFORMASIYA TƏHLÜKƏSİZLİYİ İNSİDENTLƏRİNIN EMALI PROSESLƏRİNİN OPTİMAL PLANLAŞDIRILMASI MODELİ (azərb.)
İmamverdiyev Yadigar N.

İnformasiya təhlükəsizliyi insidentlərinə tez və adekvat reaksiya verilməsi biznes-proseslərin fasiləsizliyinin təmin edilməsi üçün həlledici əhəmiyyət daşıyır. Belə insidentlərin emalı üçün xüsusi CERT-komandaların təşkil olunması tələb edilir, lakin onların saxlanması xərcləri əksər təşkilatlar üçün ağır yükdür və təşkilatlar xüsusi CERT-provayderlərin xidmətlərindən istifadə etməyə üstünlük verirlər. Bu işdə informasiya təhlükəsizliyi insidentlərinin emalı üzrə əməliyyatların operativ planlaşdırılması və CERT-qrupları arasında paylanması modeli optimallaşdırma məsələsi kimi ifadə edilmiş və onun həlli üçün diferensial evolyusiya yanaşması əsasında alqoritm işlənmişdir (səh.80-91).

Açar sözlər: informasiya təhlükəsizliyi, insidentin cavablandırılması, insidentlərin emalı, insidentlərin idarə edilməsi, CERT, CSIRT, optimal planlaşdırma, diferensial evolyusiya.