AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
Giriş
QEYDİYYAT
MÜRƏKKƏB STRUKTURLU İNNOVASİYA MÜƏSSİSƏLƏRİNDƏ İSTEHSAL PROSESİNİN İKİSƏVİYYƏLİ MODELLƏR SİSTEMİNİN İŞLƏNİLMƏSİ (azərb.)
Əliyev Əlövsət Q.

Məqalədə müasir iqtisadi inkişafın elmə, yeni texnologiyalara, innovasiyalara əsaslandığı göstərilir. Mürəkkəb struktura malik innovasiya müəssisələrinin yaradılma məqsədləri, funksiyaları, xüsusiyyətləri təhlil olunur. Onların fəaliyyətinin idarəçiliyi üçün effektiv təşkilati-iqtisadi struktur təklif olunur. Hər bir struktur vahidinin qarşısında duran məsələlərə müvafiq iyerarxik modellər sistemi qurulmuşdur. Müxtəlif səviyyəli modellər arasında məhdud resurslardan səmərəli istifadə əsasında məhsul/xidmət istehsalının effektiv variantının formalaşdırılması üçün konseptual alqoritm işlənilmişdir (səh.61-70).

Açar sözlər: informasiya və biliklər iqtisadiyyatı, innovasiya müəssisələri, modellər sistemi, elmtutumlu məhsul, istehsal funksiyaları, idarəetmə funksiyaları.