AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
Giriş
QEYDİYYAT
İNTELLEKTUAL NEFT-QAZ YATAQLARININ PERSPEKTİVLƏRI HAQQINDA (rus.)
Şıxəliyev Ramiz H.

Məqalədə intellektual texnologiyaların neft-qaz yataqlarında bəzi məsələlərin həlli üçün tətbiqinə baxılır. Bu məsələlərə neft-qaz yataqlarından toplanmış böyük həcmdə verilənlərin analizinin intellektuallaşdırılması, qazma prosesinin intellektuallaşdırılması, neft və qaz ehtiyyatlarının proqnozu və hasilinin optimallaşdırılması, neft-qaz yataqlarının yerləşməsinin və menecmentinin optimallaşdırılması və s. daxildir. Eyni zamanda, neft-qaz yataqlarının intellektuallaşdırılması informasiya texnologiyalarından istifadə etmədən mümkün deyildir. Neft-qaz yataqlarının intellektuallaşdırılması neft və qazın hasilatına məsafədən nəzarət və idarəetmənin effektivliyinin artırılmasına, geo-fiziki tədqiqatların dəqiqliyinin artırılmasına, təlükəsizliyə, həmçinin struktur xərclərin azaldılmasına və neftçıxarma şirkətlərinin rəqabət qabiliyyətinin təmin edilməsinə imkan verir (səh.46-54).

Açar sözlər: neft-qaz yatqları, süni intellekt, intellectual texnologiyalı, informasiya texnologiyaları, neft-qaz yatqlarının kəşfiyyatı və istismarı, neft və qaz ehtiyyatlarının proqnozu və hasilinin optimallaşdırılması, qazma prosesinin optimallaşdırılması