AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
Giriş
QEYDİYYAT
BORT KOMPLEKSLƏRİNDƏ PİLOTUN İNTELLEKTUAL DƏSTƏKLƏNMƏSİNİN EKSPERT SİSTEMİ VƏ ONUN PROQRAM TƏMİNATI (rus)
İsmayılov İsmayıl M.

Hava gəmisinin altsistemlərinin diaqnostikası və proqnozlaşdırılması üçün ekipajın intellektual dəstəklənməsində ekspert-məsləhətverici sistemin baza strukturu və onun proqram təminatı təklif edilmişdir. Sistemdə təyyarədə nasazlıqların axtarışında süni intellektdən istifadə etməklə istifadəçi interfeysi tətbiq edilmişdir. Təyyarənin pilotaj-naviqasiya kompleksinin köməyi ilə idarə olunmasında hər hansı bir çətinlik yarandıqda, pilot operator interfeysi vasitəsilə sistemin suallarına cavab verərək ekspert sisteminə kömək üçün müraciət edir. Doldurulmuş biliklər bazasından istifadə edərək, sistem nasazlığı lokallaşdırmaqla tövsiyələr generasiya edir və onları istifadəçiyə verir (səh.18-27).

Açar sözlər: təyyarənin idarə olunması sistemləri, intellektual idarəetmə sistemləri, süni intellekt sistemləri, ekspert sistemləri.