AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
Giriş
QEYDİYYAT
VİRTUAL TƏŞKİLATLARDA PERSONALIN SEÇİLMƏSİ METODİKASI (azərb.)
Məmmədova Məsumə H., Cəbrayılova Zərifə Q.

Məqalədə virtual təşkilatların tipləri, xüsusiyyətləri və insan resurslarının idarə olunmasının səciyyəvi cəhətləri göstərilir. Virtual təşkilatlarda insan resurslarının idarə olunması qeyri-səlis mühitdə qərarların qəbulu məsələsi kimi səciyyələndirilir. Alternativlərin ekspert qiymətlərinin cüt-cüt müqayisəsi, iyerarxik analiz, ekspert qiymətlərində ziddiyyətin aşkarlanması və multiplikativ aqreqasiya metodlarına əsaslanmaqla işçilərin seçilməsi üçün qərarların qəbulu metodikası təklif olunur. Təklif olunan metodika əsasında işçilərin seçilməsi məsələsinin empirik eksperimenti təsvir edilir (səh.16-26). 

Açar sözlər: virtual təşkilat, insan resurslarının idarə olunması, işçilərin seçilməsi, iyerarxik analiz metodu, multiplikativ aqreqasiya.
DOI : 10.25045/jpit.v09.i1.02